• cümə, 19 Aprel, 08:20
  • Baku Bakı 13°C

Əli Kərimlinin trolu özünü biabır etdi – Fotofakt

05.02.18 19:14 1991
Əli Kərimlinin trolu özünü biabır etdi – Fotofakt
Əli Kərimli və onun əhatəsində olanların saxta "Facebook” profili işlətməsi, trolluqla məşğul olması, sosial şəbəkədə AXCP dəstəkçilərinin sayını bu yolla artırması dəfələrlə qeyd olunan məsələdir. Lakin hər dəfə bu barədə danışanda cəbhəçilər daş atıb başlarını tutur, hakimiyyəti trol ordusu saxlamaqda ittiham edirlər. Hətta sosial şəbəkələrdə cəbhəçilərə məxsus səhifələrə fərqli fikir bildirən, səmimi münasibətini çatdıran insanları AXCP tərəfdarları trol damğası vuraraq, onun söylədiklərini şübhə altına salmağa çalışırlar. Ancaq bu gün cəbhəçilərdən biri yanlışlıqla inboxa yazacağı mesajı saxta profildən paylaşıb, özü özünün trol olduğunu ifşa edib. Azərbaycan zərbi məsəli ilə desək, cəbhəçi trol çaşıb, sözün düzünü deyib. Şamo Məmmədov adlı "Facebok” istifadəçisi də cəbhəçi trolun bu statusunu paylaşaraq onların əsl mahiyyətini ortaya qoyub. Ən maraqlısı isə budur ki, ifşa olunduğunu görən cəbhəçi trol öz ayıbına kor olmaq əvəzinə, onun yazdığı statusu skrenşot edib paylaşan sosial şəbəkə istifadəçisini küçə söyüşləri ilə təhqir edib. Bu, bir daha radikalların səviyyəsini, yalanını üzə çıxarır.
R.İSMAYILOV


banner

Oxşar Xəbərlər