• şənbə, 20 Aprel, 00:27
  • Baku Bakı 15°C

Əli Həsənovun radikal müxalifəti tənqid etməsinin səbəbi...

30.07.19 12:21 18619
Əli Həsənovun radikal müxalifəti tənqid etməsinin səbəbi...
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov "Facebook” səhifəsində status yazaraq, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun "İlham Əliyev dövlətçiliyin keşiyində, antimilli qruplar hakimiyyət eşqində...” məqaləsində radikal müxalifəti tənqid etməsinin səbəblərinə toxunub. O, əvvəlcə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun keçdiyimiz günlərdə gündəmin aktual mövzuları ilə bağlı əhatəli bir yazı qələmə aldığını, ictimai maraq doğuran bəzi məsələlərə aydınlıq gətirdiyini diqqətə çatdırıb.


Radikal müxalifət növbəti dəfə ifşa olunub

B.Həsənov bildirib ki, sözügedən məqalədə müəllif tərəfindən yaxın tariximizə ekskursiya olunub, dövlət quruculuğumuzun inkişaf mərhələləri əsaslı şəkildə təhlil edilib, əldə edilən uğur və nailiyyətləri hər vəchlə qaralamağa çalışan radikal müxalifət cəbhəsi təkzibedilməz faktlarla növbəti dəfə ifşa olunub: "Əslində burda qeyri-adi heç nə yoxdur. Əli Həsənov dövlətin ideoloji kursu ilə məşğul olan, informasiya siyasətini həyata keçirən şöbənin rəhbəridir və eyni sahə üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin köməkçisidir. Buna görə də Respublikanın ictimai-siyasi həyatından birbaşa məsul olan dövlət rəsmisi kimi Əli Həsənovun zaman-zaman bu cür analitik və konseptual yazılarla çıxış etməsi tamamilə normaldır, hətta vacibdir. Belə aydın olur ki, məqalədə ifşa olunan radikal anti-milli ünsürlər və dövlətimiz üçün ağır nəticələnən hərc-mərclik dövrünün tör-töküntülərinə məlum yazı sarsıdıcı zərbə olub. Çünki, Prezidentin köməkçisi həmin məqaləsində yaxın tariximizə bir daha işıq tutaraq, AXCP sədrinə çox da öyünüləsi olmayan siyasi keçmişini xatırladıb, onun eşitmək istəmədiyi faktları sadalayıb və layiq olduğu yeri göstərib”.


Ölkəni xaosa və qarşıdurmaya sürükləmək cəhdləri

Professor Əli Həsənovun Kərimlinin timsalında radikal müxalifət qanadına hücum etməsini müxtəlif yerlərə yozanlara səslənən B.Həsənov tövsiyə edib ki, onlar "Keşikçidağ” məsələsində AXCP sədrinin anti-milli, provakativ və qərəzli mövqeyinə nəzər yetirsinlər: "Əli Kərimli var gücü ilə ictimai rəyi manipulyasiya edib hakimiyyəti təzyiq altına salmağa və ölkəmizi yeni toqquşmaya sürükləməyə çalışırdı. Ehtimal etmək çətin deyil ki, "Keşikçidağ” məsələsi Əli Kərimlinin rəhbər vəzifədə təmsil olunduğu AXC-Müsavat cütlüyünün fərsiz hakimiyyəti dövründə baş versəydi, Azərbaycan yeni bir böhrana yuvarlanacaqdı. Beləliklə, Əli Həsənovun radikal müxalifəti tənqid etməsinin səbəbi onların hakimiyyətə qarşı destruktiv və qərəzli mövqe tutmaları, ümumilli məsələlərdə dövlət maraqlarına zidd mövqe sərgiləmələri, ölkəni xaosa və qarşıdurmaya sürükləmək cəhdləridir. Təəssüf ki, Əli Kərimli və onun tərəfdaşları tənqiddən nəticə çıxarmaq, bir hissəsində yer aldıqları məqaləni dərindən öyrənib, tezisləşdirib siyasi dünyagörüşlərində köklü islahatlar aparmaq yerinə şər-böhtan maşınını işə salmağa üstünlük veriblər. Adətən aciz insanların məğlub olduqları zaman əl atdıqları yeganə vasitə budur”.


Eyforiyaya qapılan AXCP sədri

Administrasiya rəsmisi sonda vurğulayıb ki, Əli Həsənovun öz məqaləsinin bir neçə abzasını Əli Kərimliyə həsr etməsi onu həyəcanlandırıb və xoşbəxtlik bəxş edib: "Yazıda özü haqqında sərt ifadələrin yer almasına baxmayaraq, AXCP sədri Prezidentin köməkçisi tərəfindən adının çəkilməsinin eyforiyasına qapılır, özünü bəxtəvər hiss edir və bundan piar kimi istifadə etməyə təşəbbüs göstərir. Bu da təbiidir. Hansı ki, illərdir dəridən-qabıqdan çıxanlar bu uğura nail ola bilmirlər”.
Alpər TURAN

banner

Oxşar Xəbərlər