AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əli Həsənova qarşı facebook təxribatı

Əli Həsənova qarşı facebook təxribatı

Siyasət
04 Fevral 2013, 15:48 1279
Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun adına saxta facebook hesabı yaradılıb. Bu barədə “Qafqazinfo”ya açıqlamasında ictimai-siyasi şöbənin müdiri özü məlumat verib. Ə.Həsənovun sözlərinə görə, son vaxtlar facebook sosial şəbəkəsində onun adından “Əli Həsənov” adlı saxta profil açılıb və orada müxtəlif məzmunlu, təxribat xarakterli şərhlər və statuslar yerləşdirilir.

Ə.Həsənov bildirib ki, əslində o, facebookda qeydiyyatdan keçib və onun rəsmi istifadəçi adı “Ali Hasanov”dur. Yeni yaradılan saxta səhifənin isə ona heç bir aidiyyatı yoxdur. İctimai-siyasi şöbəsinin müdiri qeyd edib ki, bu təxribat xarakterli addım təkcə ona qarşı deyil, digər rəsmi şəxslərə qarşı da yönəlib. O, bütün bu baş verənləri Facebook-un dünyaya təqdim etdiyi idarəolunmaz eybəcərlik kimi qiymətləndirib.