• cümə, 29 Mart, 09:44
  • Baku Bakı 5°C

Əli Əsgər Zareani: İran uranın zənginləşdirilməsini davam etdirəcək

26.01.20 09:15 748
Əli Əsgər Zareani: İran uranın zənginləşdirilməsini davam etdirəcək
Yaxın günlərdə İran yeni sentrifuqaları işə salaraq uranın zənginləşdirilməsini davam etdirəcək.
AZƏRTACxəbər verir ki, bu sözləri İranın Nüvə Enerjisi Təşkilatının nümayəndəsi Əli Əsgər Zareani deyib. O bildirib ki, "Ford” nüvə obyektində 1044 sentrifuqa var və onların 694-ü işləyir.
Ə.Ə.Zareani onu da qeyd edib ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığını da davam etdirəcək. Onun sözlərinə görə, ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalar aradan qaldırıldığı təqdirdə rəsmi Tehran 2015-ci ildə Qərb dövlətləri ilə imzaladığı saziş üzrə öhdəliklərini yerinə yetirərək nüvə proqramını dayandıra bilər.

banner

Oxşar Xəbərlər