AZE | RUS | ENG |

Əli Əhmədov: "Mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur"

Əli Əhmədov:
Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, ölkədə mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur: "Bu gün sosial şəbəkələr də informasiya vasitəsinə çevrilib. Bu informasiyanın operativ çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Lakin bu zaman məsuliyyət məsələsi meydana çıxır. Belə ki, doğru xəbərlərlə yanaşı, yanlış informasiyalar da bu vasitə ilə yayılır. Sosial şəbəkələrdə sui-istifadə hallarına da rast gəlinir. Bu isə cəmiyyətdə çaşqınlıq, narahatlıq yarada bilər".

Əli Əhmədov əmin olduğunu bildirib ki, zaman keçdikcə bu problem də aradan qalxacaq: "Azərbaycan cəmiyyəti inkişaf edir, müasirləşir, təkmilləşir. Bu inkişafa mətbuatı da daxil etmək olar. İnsanların həyat tərzinin daha da yaxşılaşdırılması ilə bağlı müxtəlif tədbirlər görülür. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən son zamanlar verilən sərəncamlar xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar mətbuatımızın diqqət mərkəzindədir".




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8859
GEL 1 1 Gürcüstan larisi 0.5804
GBP 1 1 İngiltərə funt sterlinqi 2.066
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1755
CHF 1 1 İsveçrə frankı 1.736
KWD 1 1 Küveyt dinarı 5.5894
TRY 1 1 Türkiyə lirəsi 0.2965