• cümə, 29 Mart, 18:50
  • Baku Bakı 14°C

Elektron sənəd qəbulunun vaxtı uzadılıb

15.08.17 11:30 1026
Elektron sənəd qəbulunun vaxtı uzadılıb
Tələbələrinölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanların köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.
Təhsil nazirliyindən verilən məlumata görə, tələbələrin çoxsaylı müraciətləri nəzərə alınaraq qeydiyyat prosesinin vaxtı avqustun 22-dək uzadılıb.
İyulun 17-dən transfer.edu.azportalından 600 nəfər tələbə orta ixtisas, 3070 nəfər isə ali təhsil müəssisələrinə köçürülmək üçün elektron portaldan qeydiyyatdan keçib.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılantransfer.edu.azportalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

banner

Oxşar Xəbərlər