AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Elə bilib ki, sadəcə, temperaturu var

Elə bilib ki, sadəcə, temperaturu var

İdman
02 Aprel 2020, 16:08 821
  "Çelsi”nin futbolçusu Kallum Hodson-Odoi koronavirusa necə yoluxduğu barədə danışıb.
 
 Kaspi.az xəbər verir ki, futbolçu artıq tamamilə sağaldığını bildirib. O, virusun əlamətini temperaturunun qalxamsı ilə hiss edib:
 
 "Hazırda özümü əla hiss edirəm. Koronavirusdan tam qurtulmuşam. Yenə də əvvəlki formadayam.  Üç həftə əvvəl temperaturum oldu. Fikirləşdim ki, bu bir qədər qeyri-adidir. Səhəri gün özümü yaxşı hiss etdim.  
 
Amma bir gün sonra yenə temperatur oldu. Yenə də fikirləşdim ki, sadəcə, adi temperaturdur. Amma əslində belə deyilmiş.   
 
Xoşdur ki, belə çətin vaxtda səni dəstəkləyənlər var. Hiss edirsən ki, arxanda komanda yoldaşların dayanıb. Bu, insana əlavə güc, motivasiya verir”.