• şənbə, 20 Aprel, 09:20
  • Baku Bakı 14°C

Eldəniz Səlimovun hərəkəti parlament üçün çox böyük bir ləkədir

03.08.21 11:37 204
Eldəniz Səlimovun hərəkəti parlament üçün çox böyük bir ləkədir
Deputat Eldəniz Səlimovun hərəkəti parlament üçün çox böyük bir ləkədir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.
O qeyd edib ki, bu məsələ komissiyada geniş müzakirə olunub və Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi üçün kifayət qədər əsasların olduğu müəyyən edilib:
"Biz bundan sonra Milli Məclisin şərəfli adını qorumalıyıq. Hər kəs qanun qarşısında bərabərdir və öz əməlinə görə cavab verməlidir. Bu hadisə bizim hər birimiz üçün dərs olmalıdır”.
banner

Oxşar Xəbərlər