AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Eldəniz Səlimovu hansı cəza gözləyir?

Eldəniz Səlimovu hansı cəza gözləyir?

Təfsilat
03 Avqust 2021, 13:07 100
Eldəniz Səlimovun törətdiyi əməllə bağlı baş prokurorluq tərəfindən cinayət işi başlanıb.
Bunu Trend-ə açıqlamasında hüquqşünas Həsən Həsənov deyib. Onun sözlərinə görə, vəzifə səlahiyyətlərini aşma ilə bağlı Cinayət Məcəlləsinin 309-cu maddəsinin müvafiq bəndlərində cəza tədbirləri nəzərdə tutulub:
"Baş prokurorun təqdimatı Milli Məclisdə müzakirə edilərkən özü də vurğuladı ki, cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması üçün deputatın toxunulmazlığının götürülməsi vacibdir. Bu da onu deməyə əsas verir ki, millət vəkilinin barəsində qanunun tələbinə uyğun tədbir görüləcək. Əməl AR CM-nin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə tövsif edilib. Bu da o deməkdir ki, millət vəkili üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Həmçinin mən düşünürəm ki, istintaqın gedişi zamanı əməlin ilkin olaraq tövsif edildiyi maddədən əlavə olaraq CM-nin digər maddələrinin də tərkibinin yaranmasının aşkar edilməsi ehtimalı da mövcuddur".
Qeyd edək ki, bu gün Milli Məclis polis əməkdaşına zor tətbiq edən deputat Eldəniz Səlimovun toxunulmazlıq hüququnu ləğv edib.