• cümə axşamı, 28 mart, 20:13
  • Baku Bakı 13°C

Eldar Sabiroğlu oğlundan imtina edib - Foto

17.06.19 18:21 527
Eldar Sabiroğlu oğlundan imtina edib - Foto
Müdafiə Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib.

"Report"un məlumatına görə, bununla bağlı Rüfət Səfərov özünün "Facebook” səhifəsində yazıb və atasının məktubunupaylaşıb.

"Öldüyümdə mənim cənazəmə girməyini ruhum qəbul etməyəcək. Artıq bu saatdan sənin atan deyiləm. Məzarım üstə gəlməni istəmirəm", - deyəE.Sabiroğlu məktubunda qeyd edib.

Qeyd edək ki, Rüfət Səfərov Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi olub. O, rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu ilin martında Prezidentİlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.



banner

Oxşar Xəbərlər