şənbə, 02 Iyul, 00:29

Baku Bakı 22°C

“Elçinin “Baş” romanı struktur- funksional təhlil müstəvisində” monoqrafiyasının təqdimat mərasimi olub

icon 3134 icon 15 dekabr 2017 | 15:50 “Elçinin “Baş” romanı  struktur- funksional təhlil müstəvisində” monoqrafiyasının təqdimat mərasimi olub

Bakı Slavyan Universitetində (BSU) ədəbiyyatşünas- tənqidçi, professor Nizami Tağısoyun "Elçinin "Baş” romanı struktur- funksional təhlil müstəvisində” monoqrafiyasının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva açıb.
Tədbirin moderatoru BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Leyla İmaməliyeva tədbirdə iştirak edən ədəbiyyatşünas-tənqidçilərə söz verib.
Təqdimat mərasimində AMEA- nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məmməd Əliyev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yaradıcılıq şöbəsinin müdiri, professor Vüqar Əhməd, aparıcı elmi işçi, professor Baba Babayev, ADPU-nun professorları Himalay Qasımov, Elman Quliyev, Təyyar Salamoğlu, Yaqub Babayev, professor Abid Tahirli, BSU- nun Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, dosent Nuridə Novruzova və filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, professor İlyas Həmidov, BSU-nun professorları Naidə Məmmədxanova, Rəhilə Quliyeva, Rüstəm Kamal və başqaları çıxış ediblər. Natiqlər Nizami Tağısoyun adıçəkilən monoqrafiyasında əsərin struktur-funksional xüsusiyyətlərinin, Elçinin "Baş” romanının poetikasının doğru, dürüst nəzəri-metodoloji yöndən araşdırıldığını bildiriblər. Çıxışçılar Nizami Tağısoyun monoqrafiyasının məziyyətlərindən danışıb, monoqrafiyada qoyulan məsələlərin ədəbiyyatşünaslığımızda, nəzəriyyə sahəsində dəyərli və orijinal əsər olduğunu qeyd ediblər.
Sonda tədbirdə iştirak edən BSU-nun tələbə və magistrantları Nizami Tağısoyun "Elçinin "Baş” romanı struktur- funksional təhlil müstəvisində” monoqrafiyasının özəl cizgiləri üzərində dayanaraq N.Tağısoya gələcək tədqiqatlarında uğurlar arzulayıblar.