• şənbə, 20 Aprel, 00:11
  • Baku Bakı 15°C

Elçin Quliyev iranlı həmkarı ilə birgə Novruz bayramını sərhəddə qeyd edib

21.03.19 14:45 635
Elçin Quliyev iranlı həmkarı ilə birgə Novruz bayramını sərhəddə qeyd edib
Mart ayının 20-dən 21-nə keçən gecə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnikElçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətlərinin birgə iştirakı ilə dövlət sərhədində "Novruz” bayramı münasibətilə bayram tədbiri təşkil olunub.
Bu barədə "Report"a DSX-nın Mətbuat mərkəzindən məlumat verilib.
Məlumata görə,Azərbaycan Respublikası və İran İslam Respublikasının dövlət himnlərinin ifasından sonra nümayəndə heyətlərinin rəhbərləri Fəxri qarovulların önündən keçiblər.
Tədbir çərçivəsində keçirilmiş görüşdə sərhəd təhlükəsizliyinin təminatı, buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə sahəsində yüksək nəticələrin əldə edilməsi məqsədilə sərhəd mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, operativ məlumat mübadiləsinin aparılması, ikitərəfli görüşlərin keçirilməsi üzrə ardıcıl tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Tədbir iştirakçılarını təbrik edən general-polkovnik E.Quliyev və general-mayor Q.Rzayi öz çıxışlarında milli-mənəvi dəyərlərə dərin bağlılığı, tarixi-mədəni keçmişə yüksək ehtiramı nümayiş etdirən, bolluq, bərəkət və barış rəmzi olan "Novruz” bayramı münasibətilə ən səmimi arzularını ifadə etmiş, Azərbaycan Respublikasının və İran İslam Respublikasının sərhədçilərinə müqəddəs sərhədlərin mühafizəsi üzrə şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.
Sonra Azərbaycan və İran sərhədçilərinin döyüş fəaliyyətinə həsr edilmiş sənədli filmlər nümayiş olunub və qarşılıqlı hədiyyələr təqdim edilib.
Bayram tədbiri musiqiçilərin konsert proqramı ilə davam etdirilib və atəşfəşanlıqla yekunlaşdırılıb.
banner

Oxşar Xəbərlər