• cümə, 19 Aprel, 14:11
  • Baku Bakı 25°C

Əlaqə saxladılar, “yox” cavabı aldılar

21.05.19 11:37 551
Əlaqə saxladılar, “yox” cavabı aldılar
Massimiliano Alleqrinin "Yuventus” tərk edəcəyi bəlli olduqdan sonra komandanı kimin çalışdıracağı hələ də məlum deyil.
Kaspi.az xəbər verir ki, mətbuatda "Yuve”nin baş məşqçi postuna bir neçə mütəxəssisin adı hallanır. Məlumata görə, Turin nəhənginin rəhbərliyi "Liverpul”un çalışdırıcısı Yurgen Kloppun xidmətində maraqlıdır.
İtalyan jurnalist Tankredi Palmeri "tvitter”də yazıb ki, "Yuve” rəhbərliyi Kloppla əlaqə saxlayıb. Ancaq alman mütəxəssis italyanlara "yox” cavabı verib.
Klopp "Liverpul”da 205-ci ildən çalışır. Komanda bu mövsüm Çempionlar Liqasının finalına vəsiqə qazanıb.
banner

Oxşar Xəbərlər