• cümə axşamı, 28 mart, 21:21
  • Baku Bakı 13°C

Ekspert: Rusiya Ermənistanı silahlandırmaqla həmsədr kimi öhdəliklərini pozur

14.10.17 20:00 1892
Ekspert: Rusiya Ermənistanı silahlandırmaqla həmsədr kimi öhdəliklərini pozur
Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit verməklə, ATƏT-in Minsk qrupunun həmsədri kimi öhdəliklərini pozur.
Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib.
A.Nağıyev qeyd edib ki, Rusiya münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə bitərəflik tələbinə əməl etmədiyini açıq göstərir.
Ekspert bildirib ki, Ermənistan bugünkü iqtisadi vəziyyəti ilə bu krediti qaytarmaq imkanında deyil: "Rusiya Ermənistanı müasir silahlarla təchiz edir, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışır. Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir. Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç də bitərəf olmadığını və daha çox Ermənistanın maraqlarına uyğun hərəkət etdiyi aydın görünür".
A.Nağıyev əlavə edib ki, Rusiya Ermənistanı silahlandırmaqla beynəlxalq hüququn tələblərini kobud şəkildə pozur.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər