• çərşənbə axşamı, 16 aprel, 08:39
  • Baku Bakı 14°C

Ekspert: "Paşinyan gündəmdən düşməmək üçün təxribatlara əl atır"

05.08.21 18:30 236
Ekspert: "Paşinyan gündəmdən düşməmək üçün təxribatlara əl atır"
"Azərbaycan – Ermənistan sərhədində gərginliyin artması Nikol Paşinyanın yenidən Baş nazir seçilməsi ilə bağlıdır. Belə ki, seçki kampaniyasını iki məqam üzərində quran Paşinyan bir tərəfdən Rusiya və Azərbaycana sülhün zəmanətçisi olduğunu təlqin edir, digər tərəfdən də Ermənistan cəmiyyətinə qisas məqsədi güdməsini çatdırmağa çalışır”.
Bunu"Report”un Rusiya bürosuna Moskva Dövlət Universitetinin kafedra müdiri, politoloqAleksey Fenenkobildirib.
"Paşinyan seçildi. İndi də həm seçicilərinə niyyətinin ciddi olduğunu göstərməyə, həm də irimiqyaslı müharibəyə getməməyə çalışır. Ona görə də gündəmdən düşməmək üçün qisasa hazır olduğunu göstərir, bu məqsədlə də xırda təxribatlar və atışmalar taktikasına əl atır”,– politoloq deyib.
Azərbaycanla sərhəd boyu Rusiya sülhməramlılarını və KTMT müşahidəçilərini yerləşdirmək barədə N.Paşinyanın təklifini şərh edən rusiyalı ekspert bunun ağlabatan olmadığını deyib: "Bu, heç kimə lazım deyil. Rusiyanın bu cür irimiqyaslı müdaxiləyə getməyəcəyini özü də gözəl başa düşür. Paşinyan bu bəyanatla əslində Rusiya ilə əməkdaşlığa hazır olduğunu seçicilərinə göstərmək istəyib”.
Ermənistanın illər ərzində fəaliyyətini əngəllədiyi KTMT-yə indi Paşinyanın üz tutmasını gülünc adlandıran A.Fenenkonun sözlərinə görə, Paşinyan qeyri-mümkün təkliflər irəli sürməklə sonradan həmin təkliflərin icra olunmadığını bəhanə edib NATO ölkələrinə üz tutmaq niyyətindədir.
Politoloq həmçinin deyib ki, NATO-nun üzvü olan Fransa Ermənistana peyvənd dərmanlarını göndərməklə Nikol Paşinyanı dəstəklədiyini büruzə verir.
banner

Oxşar Xəbərlər