• cümə, 29 Mart, 14:25
  • Baku Bakı 14°C

Ekspert: “Azərbaycan qazı Serbiyanın təchizatı üçün əlavə mənbəyə çevriləcək”

04.02.23 15:00 737
Ekspert: “Azərbaycan qazı Serbiyanın təchizatı üçün əlavə mənbəyə çevriləcək”

"Avropa ölkələrinin, o cümlədən Serbiyanın enerji tələbatı günbəgün artır və Azərbaycan qazı Serbiyanın tələbatını ödəmək üçün əlavə mənbəyə çevriləcək”.

Bunu “Report”a açıqlamasında serbiyalı politoloq, Avropa Araşdırmaları İnstitutunun elmi işçisi Stevan Qayiç deyib.

“Serbiya iqtisadiyyatının və sənayesinin daha çox enerjiyə ehtiyacı var, tələbat daim artır, ona görə də Azərbaycan qazının olması olduqca xoşdur”, - o bildirib.

Onun sözlərinə görə, Serbiya-Bolqarıstan İnterkonnektorunun tikintisi, yeni mənbələrdən enerji daşıyıcılarına, o cümlədən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılan Xəzər qazına çıxış Azərbaycan və Serbiya arasında tərəfdaşlığı dərinləşdirəcək.

“Rusiya-Ukrayna müharibəsindən sonra Şərqi Avropada nə baş verəcəyini, NATO-nun boru kəmərləri ilə bağlı hansı fikirlərinin ola biləcəyini bilmirik, ona görə də birdən çox təbii qaz mənbəyinin olması yaxşıdır. Bu baxımdan Serbiya Azərbaycanı etibarlı tərəfdaş hesab edir”, - S.Qayiç bildirib və əlavə edib ki, bu tərəfdaşlıq genişləndirilmək üçün kifayət qədər yaxşı perspektivlərə malikdir.

Serbiya ilə Bolqarıstan arasındakı interkonnektora gəlincə, ekspertin sözlərinə görə, bu layihəni əsasən Avropa İttifaqı həyata keçirir və Serbiyanın artıq qaz təchizatı üçün resursu var. Belə ki, mahiyyətcə “Cənub axını”nın rebrendinqi olan “Türk axını” qaz kəməri qazı Bolqarıstana çatdırır və oradan birləşdirici boru vasitəsilə qaz Serbiyaya da nəlq edilə bilər.

“Əlbəttə, Serbiyanın alternativ resursları olmalıdır. Nə yaxşı ki, ölkədə həm Bolqarıstanla bu interkonnektor yaradılır, həm də başqa boru kəmərləri, məsələn, Macarıstandan keçən və Ukrayna ərazisindən keçən köhnə “Drujba” neft kəmərinin bir hissəsi olan neft kəməri, bu yaxınlarda istifadəyə verilmiş “Türk axını” da var”, - S.Qayiç fikrini yekunlaşdırıb.

banner

Oxşar Xəbərlər