• cümə, 19 Aprel, 22:53
  • Baku Bakı 24°C

“Çəkicdöyənlər” maraqlanırlar, “Yuve” 40 milyon istəyir

11.07.19 14:22 977
“Çəkicdöyənlər” maraqlanırlar, “Yuve” 40 milyon istəyir
"Yuventus”un hücumçusu Qonsalo İquain karyerasını yenə də İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Kaspi.az xəbər verir ki, İquainə "Vest Hem” maraq göstərir. "Yuventus” futbolçunu buraxmaq üçün 40 milyon avro tələb edir.
Ancaq məlumat verilir ki, argentinalı futbolçu bu variantla razılaşmır. O, karyerasını Çempionlar Liqasında çıxış edəcək komandada davam etdirməyi planlaşdırır.
Bir müddət əvvəl isə məlumat yayılmışdı ki, İquain "Yuventus”u tərk etməkdən imtina edib. O, ötən mövsümüm icarə əsasında "Çelsi”də keçirib.
banner

Oxşar Xəbərlər