• cümə axşamı, 28 mart, 17:06
  • Baku Bakı 16°C

Əhməd bəy Ağaoğlunun abidəsi ucaldılsın - Millət vəkilindən təklif

23.04.19 15:30 506
Əhməd bəy Ağaoğlunun abidəsi ucaldılsın - Millət vəkilindən təklif
Əhməd bəy Ağaoğlu Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir. O, erməni daşnaklarının XX əsrin əvvəllərində dinc azərbaycanlılara qarşı törətdiyi qətliamlara, cinayətlərə qarşı mübarizədə "Difai" təşkilatını quraraq böyük rol oynamışdı. Ziyalılarımız adından müvafiq qurumlara müraciət edərək xahiş etmək istərdim ki, Əhməd bəy Ağaoğlunun əslən Şuşadan, Qarabağdan olduğunu nəzərə alaraq Qarabağ bölgələrinin birində Əhməd bəy Ağaoğlunun heykəlinin, abidəsinin ucaldılması çox yaxşı olardı.
Trend-in məlumatına görə, bu təkliflə millət vəkili Qənirə Paşayeva bu gün parlamentin iclasında çıxış edib.
Eyni zamanda onun haqqında filmin çəkilməsi də çox vacib məsələ olduğunu deyən deputat bununla bağlı təklif irəli sürüb: "Xalq şairimiz Sabir Rüstəmxanlı Əhməd bəy Ağaoğlunun həyatından bəhs edən "Difai fədailəri" adlı əsər yazıb və bu əsər əsasında filmin çəkilməsi çox yaxşı olardı".
banner

Oxşar Xəbərlər