• cümə, 29 Mart, 04:05
  • Baku Bakı 7°C

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə növbəti sosial paket təsdiq edildi

19.06.19 14:08 513
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə növbəti sosial paket təsdiq edildi
"Ölkəmizin iqtisadi gücü artdıqca dövlət tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar da davamlı xarakter alır". BunuSİA-ya millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, bu ilin əvvəlində ölkə başçısının imzaladığı sosial paketi çərçivəsində 3 milyondan çox vətəndaşın gəlirləri artmışdı: "Amma bu paketin imzalanmasından sonra qeyd olunmuşdu ki, bu son deyil və il ərzində yeni artımların olacağının şahidi olacayıq. Artıq ötən gün ölkə başçısı növbəti sosial paketin icrasına sərəncam vermişdir. Sərəncama uyğun olaraq ölkədə minimum əmək haqqı 70 manat artıralaraq 250 manata çatdırılması nəzərdə tutulur. Minimum əmək haqqının və dövlət büdcəsindən maliyyələşən işçilərin əmək haqlarının artırılması ilə bağlı imzalanmış növbəti sərəncamlar da ümumilikdə 2 milyondan çox insanın sosial rifahına müsbət təsir göstərəcəkdir. Bu da hər bir ailənin büdcəsini artmasıdır. Minimum əmək haqqının alıcılıq qabiliyyətinə görə, Azərbaycan MDB məkanında ikinci yerdədir. Əsası da odur ki, əhalinin pul gəlirlərinin artmasına baxmayaraq ölkədə infilyasiya minimum həddə qalmaqdadır. Bu da əhalinin artan pul gəlirləri fonunda alıcılıq qabiliyyətinin yüksəlməsi deməkdir".
banner

Oxşar Xəbərlər