AZE | RUS | ENG |

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından olduqca önəmli addım

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından olduqca önəmli addım
Prezident İlham Əliyev tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manatadək artırılması olduqca önəmli bir addımdır.
Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq minimum əməkhaqqı ilə yaşayış minimumunun həcmi bərabərləşir:
"Yaşayış minimumu rəqəmi bir nəfər üçün istehlak səbətinə uyğun olaraq minimum hesablanır. Minimum əməkhaqqının yaşayış minimumuna uyğunlaşdırılması 600 min insana şamil olunacaq və buna görə əlavə olaraq 400 milyon manat ayrılacaq. Bu, əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından olduqca önəmli addımdır”.
Komitə sədri vurğulayıb ki, müvafiq sərəncam bir daha Prezident İlham Əliyevin xalqa diqqət və qayğısının bariz nümunəsidir:
"Xalqımız bu addıma görə cənab Prezidentə minnətdarlığını bildirir. Mən illərlə sosial siyasətlə məşğul olan biri kimi bu addımın çox önəmli olduğunu qeyd edirəm. Digər tərəfdən, bu sərəncam orta aylıq əməkhaqqının artmasına da təsir göstərəcək və digər göstəricilərdə özünü büruzə verəcək”.
Qeyd edək ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916