AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əfv komissiyasında indiyədək 550-dən çox müraciətə baxılıb

Əfv komissiyasında indiyədək 550-dən çox müraciətə baxılıb

Cəmiyyət
02 Mart 2021, 19:00 602
Bu gün Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, komissiya tam tərkibdə olub: "Komissiyanın işi məhsuldar oldu. Bu gün 100-dən artıq müraciətə baxılaraq qərar verildi. Növbəti iclas martın 4-də keçiriləcək”.
Qeyd edək ki, komissiyada indiyədək 550-dən çox müraciətə baxılıb.