AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əfsanəvi amerikalı basketbolçu helikopter qəzasinda həlak olub

Əfsanəvi amerikalı basketbolçu helikopter qəzasinda həlak olub

İdman
27 Yanvar 2020, 09:45 1014
Los Anjelesdə dünyanın ən məhşur basketbolçularından olan 41 yaşlı K.Brayant və 13 yaşlı qızı qəzaya uğrayan helikopterdə həlak olublar.
 
Trend-in məlumatına görə, qəza nəticəsində ümumilikdə 5 nəfər ölüb.
Kobe Brayant Amerika Milli Basketbol Assosiasiyasının (NBA) əfsanələrindən olub və "Los Angeles Leykers" komandasını təmsil edib.

Qeyd edək ki, NBA tarixinin ən güclü basketbolçularından olmuş "Qara mamba" ləqəbli K.Brayant Afina (2004) və London (2012) olimpiadalarının, eləcə də FIBA Amerika çempionatının (2007) qalibi olub.