• cümə, 02 Oktyabr, 20:35
  • Baku Bakı 18°C

Əfqanıstanda Milli Müqavimət Cəbhəsi ilə "Taliban" hərəkatı arasında danışıqlar olub

26.08.21 09:15 284
Əfqanıstanda Milli Müqavimət Cəbhəsi ilə "Taliban" hərəkatı arasında danışıqlar olub
Əfqanıstanda Milli Müqavimət Cəbhəsinin nümayəndələri ilə "Taliban" hərəkatının nümayəndə heyəti arasında ilk birbaşa danışıqlar keçirilib.
Trend-in məlumatına görə, bu barədə öz "Facebook" səhifəsində "Taliban"a tabe olmayan şimalın Pəncşir vilayətini təmsil edən Əbdül Hafiz Mənsur bildirib.
Onun sözlərinə görə, danışıqlar xoş mühitdə keçirilib: "Bu, ilk dəfədir ki, iki tərəfin nümayəndələri birbaşa dialoq aparıblar".
O əlavə edib ki, tərəflər bir-birinin mövqelərinə silahlı hücumların qarşısını almaq üçün sülh mövzusunda dialoqu davam etdirmək barədə razılığa gəliblər.
banner

Oxşar Xəbərlər