• cümə, 29 Mart, 17:23
  • Baku Bakı 14°C

Əfqanıstanda məbədə hücum - Ölən və yaralananlar var

25.03.20 20:15 3475
Əfqanıstanda məbədə hücum - Ölən və yaralananlar var
Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslər məbədə hücum edib.
Trend-in məlumatına görə, azı üç intiharçı terrorçu məbəddə ayin davam edərkən binaya daxil olub.
Hücum nəticəsində 1 nəfər həlak olub, 15 nəfər xəsarət alıb. İtkilərin sayının artacağı ehtimal olunur.
Qeyd olunur ki, təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində hücum edənlər zərərsizləşdirilib.
Hücumla bağlı məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
banner

Oxşar Xəbərlər