AZE | RUS | ENG |

Əflatun Amaşov: “Məqsədləri Azərbaycan və Gürcüstan cəmiyyətində gərginlik yaratmaqdır”

Əflatun Amaşov: “Məqsədləri Azərbaycan və Gürcüstan cəmiyyətində gərginlik yaratmaqdır”
Millət vəkili: “Hər iki ölkənin media nümayəndələrinə hadisələrə soyuq başla yanaşmağı tövsiyə edərdim”

"Keşikçidağ məbədində gürcülərlə Azərbaycan sərhədçiləri arasında baş vermiş insident böyük narahatlıq doğurmaqdadır. Əminəm ki, Gürcüstan rəhbərliyi məsələni çox ciddi araşdıracaq, günahkarlar qanun qarşısında cavab verəcəklər. Elə tədbir görülməlidir ki, gələcəkdə bu sayaq xoşagəlməz hallar yaşanmasın”.

Bu barədə Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov öz "Facebook” səhifəsində yazıb. Millət vəkili qeyd edib ki, millətindən, vətəndaşlığından asılı olmayaraq Gürcüstanla Azərbaycan arasında nifaq salmağa cəhd edən hər bir kəs qanun qarşısında məsuliyyət daşımalıdır.

İşçi qrupun rəhbəri həssas çoğrafi mövqedə yerləşən Azərbaycan və Gürcüstanın strateji tərafdaş ölkələr olduğunu, xalqlarımızı qədim tarixə malik möhkəm dostluq və mehriban qonşuluq ənənələrinin birləşdirdiyini diqqətə çatdırıb: "Regionumuz nəhəng beynəlxalq layihələrin reallaşdığı məkandır. Bu məkanda başlıca söz sahibi Azərbaycan və Gürcüstandır. Hər iki ölkə regionun mühüm sabitlik təminatçıları olaraq çıxış edirlər. Bu mövqeyimizi gözü götürməyənlər də az deyil. Bəzi gürcü din nümayəndələri, gürcü olmayan, sonradan gürcüləşmiş şəxslər, reytinqləri kifayət qədər aşağı olan partiyalar Keşikçidağ məsələsini şişirdərək onu sanki Gürcüstan hakimiyyətinin görməli olduğu ən mühüm vəzifə kimi dəyərləndirirlər, mövcud xüsusda ittihamlar yağdırırlar. Məqsədləri Azərbaycan və Gürcüstan cəmiyyətində gərginlik yaratmaqdır. Mən məsələnin kökünü dərində görürəm. Şərqi Qərb ilə birləşdirən, konkret olaraq Çinlə Avropanın yeni, əslində isə qədim olan ticarət yolunun Azərbaycan və Gürcüstan üzərindən keçməsi, habelə regionumuzun Avropanın enerji təminatında ciddi rol oynaması müəyyən güc mərkəzlərinin mənafelərinə uyğun deyil. Gərginliyin yaranmasında məhz onlar maraqlıdırlar. Burada erməni faktorunu da unutmaq olmaz. Ermənilərə Azərbaycan-Gürcüstan dostluğu, nəinki Azərbaycanın, eləcə də Gürcüstanın güclü olması sərf etmir. Ermənilər bu gün də Gürcüstana qarşı torpaq iddiasındadırlar. Yada salım ki, 2008-ci ildə baş vermiş müharibədə abxazların və osetinlərin tərkibində Gürcüstana qarşı çoxlu sayda erməni də döyüşüb. Bu, danılmaz faktdır”.

Millət vəkili Ə.Amaşov əminliklə qeyd edib ki, Azərbaycan və gürcü xalqları həmişə olduğu kimi, yenə də müdriklik nümayiş etdirəcək, qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin sarsılmasına yönələn təxribata imkan verməyəcəklər: "Hər iki ölkənin media nümayəndələrinə hadisələrə soyuq başla yanaşmağı, xalqlarımızı birləşdirən məsələlərinin işıqlandırılmasına daha çox üstünlük vermələrini tövsiyə edərdim”.

Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056