• cümə, 26 Aprel, 08:00
  • Baku Bakı 12°C

Əflatun Amaşov: "Heydər Əliyevin həyat və fəaliyyəti xalqımızın özünütəsdiqidir"

11.12.19 18:56 714
Əflatun Amaşov: "Heydər Əliyevin həyat və fəaliyyəti xalqımızın özünütəsdiqidir"
Millət vəkili: "Heydər Əliyev əzmdir, iradədir, qətiyyətdir, prinsipiallıqdır, dönməzlikdir, vətənpərvərlikdir, sadəlikdir"
"Azərbaycan xalqı tarixi şəxsiyyətlər baxımından heç zaman korluq çəkməyib. Onların hər biri inkişafımızda, milli özünüdərkimizdə məxsusi rol oynayıblar. Ulu öndər Heydər Əliyev də bu baxımdan qiymətləndirilməli olan tarixi şəxsiyyətdir, ən əsası isə nəhəng liderdir".
Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov "Facebook" profilində yazıb.
O qeyd edib ki, Heydər Əliyev XX əsr siyasi tariximizin, bütövlükdə dünya tarixinin ən parlaq simalarındandır: "Onun həyat və fəaliyyəti xalqımızın özünütəsdiqidir, həmçinin dövlət milləti olmaq yolundakı mükəmməl dirənişimizin bariz nümunəsidir. Bu nümunə gələcək nəsillər üçün qürurlu mirasımızdır.Heydər Əliyev əzmdir, iradədir, qətiyyətdir, prinsipiallıqdır, dönməzlikdir, vətənpərvərlikdir, sadəlikdir. Bu keyfiyyətləri ilə milyonların qəlbindədir, xatirəsi daim əzizdir.Dərin hörmət və ehtiramla anırıq.Allah rəhmət eləsin!"
banner

Oxşar Xəbərlər