• cümə, 19 Aprel, 19:30
  • Baku Bakı 24°C

Əflatun Amaşov: Çap məhsullarından əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı

13.11.18 18:08 483
Əflatun Amaşov: Çap məhsullarından əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı
Azərbaycan mediasının iqtisadi durumu problemsiz deyil. Çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı.
Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, verginin aradan qaldırılması bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq.
Şura sədri təhsil sahəsinə ayrılan maliyyənin də artırılmasını təklif edib: "Bu vəsait Azərbaycandilli məktəblərdə dərsliklərin daha müasir hazırlanmasına sərf edilsin. Son zamanlar müzakirələrə səbəb olan məsələlər bunu tələb edir. Bu məktəblərdə tədris güclü olmalıdır ki, övladlarını digər dillərdə olan məktəblərə göndərən valideynlərin bəhanəsi olmasın”.
banner

Oxşar Xəbərlər