• şənbə, 20 Aprel, 17:52
  • Baku Bakı 23°C

“Ədəbiyyat müəllimim imtahana 6 ay qalmış dedi ki...” - Məktəb illəri

16.10.17 09:30 3280
“Ədəbiyyat müəllimim imtahana 6 ay qalmış dedi ki...” - Məktəb illəri
Məktəb illərdən bizə şirin xatirələr yadigar qalır. İlk qiymətimizi, ilk dəfə dərsə gecikməyimizi unutsaq da, həmin dövrdə yaşadığımız bəzi maraqlı hadisələri unutmuruq. Həyatımızın hər dövründə o anları xatırlayıb gülürük. Bu dəfə xalq artisti Nurəddin Mehdixanlı məktəb illərindən bir xatirəsini bizimlə bölüşdü: "Bizim məktəb teatrımız vardı. Orada xırda tamaşalar qururduq. Həmin tamaşada iştirak etmək üçün yaşlı kişiləri də oynayırdıq. Qoyun tükündən özümüzə saqqal düzəldirdik. Amma "bu yaşlı adamların paltarlarını haradan gətirmək lazımdı” sualı yaranırdı. Oğlanlar babalarının papağını, şalvarını, köynəklərini, qızlar da nənələrinin kofta-tumanlarını, kəlağayılarını oğurlayıb gətirirdilər. Səhəri gün də evdə nənə deyirdi ki, ay bala, mənim filan köynəyim vardı itib, yoxa çıxıb. Yəni, biz nənələrimiz-babalarımız üçün belə bir sürprizlər hazırlayırdıq. Mən 10-cu sinifdə ədəbiyyatdan imtahan vermədim. Çünki ədəbiyyat müəllimim imtahana 6 ay qalmış dedi ki, əgər «Leyli və Məcnun»u bütünlüklə əzbər söyləsən, səni imtahandan azad edəcəyəm. Elə də oldu. Mən «Leyli və Məcnun»u əzbərlədim. O vaxt rayon təhsil şöbəsi vardı. Oradan gəldilər və mən «Leyli və Məcnun»u əzbər söylədim. Tamam hamısını yox. Deyirdilər ki, filan yeri söylə, söyləyirdim. Gördülər ki, yox, əzbər bilirəm. Məni imtahandan azad etdilər və Xeyrulla müəllimin imzası ilə Füzulinin köhnə çaplı «Leyli Məcnun» poemasını mənə bağışladılar”.
Günel Azadə

banner

Oxşar Xəbərlər