Əczaçılıq məhsullarının idxal həcmi azalıb

Əczaçılıq məhsullarının idxal həcmi azalıb

İqtisadiyyat
17 Avqust 2019, 21:00 10328
Bu ilin yeddi ayında ölkəyə 8 min 36 ton əczaçılıq məhsulları idxal olunub.
 
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
 
Hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri 154 milyon 849 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə 153 milyon 793 min dollarlıq 8 min 333 ton əczaçılıq məhsulları idxal edilib.