AZE | RUS | ENG |

“Əcəb premyera”. “Park Cinema”dakı qapalı nümayişdə ulduz qonaqlar

“Əcəb premyera”. “Park Cinema”dakı qapalı nümayişdə ulduz qonaqlar
Əlbəttə, Şarliz Teron real həyatında heç vaxt ABŞ prezidentliyi uğrunda mübarizə apara bilməzdi. Səbəb sadədir: o, bu möhtəşəm ölkədə doğulmadığı üçün, qanunvericilik bu ölkənin hüdudlarından kənarda doğulanları ən yüksək dövlət postuna iddialı olmaqdan məhrum edir.
Bununla belə, bu amil, "Əcəb cütlük” filmində baş rolu ifa etmiş 150 minlik Cənubi Afrika şəhərci Benoninin yetirməsini çətin ki, narahat etsin. Onunla birlikdə cütlüyü təşkil edən qəhrəmanın uşaqlıq dostu və jurnalist rolunu ifa etmiş Set Roqendir.
"Mümkün olmayan mümkündür” filmin sloqanı belədir və bununla razılaşmamaq çətindir. Park Cinema kinoteatrındakı qapalı nümayiş əsl ulduz yağışı idi. Xalq artisti Flora Kərimovanı, İctimai Televiziyanın baş direktoru, "Nə? Harada? Nə vaxt?” verilişinin aparıcısı Balaş Qasımovu, aparıcı Hüsniyyə Məhərrəmovanı, həmçinin məşhur bloqerlər, aktyorlar, rejissorlar, ictimai xadimlər və jurnalistləri burada görmək mümkün idi. «Bizim qapalı nümayişlərimiz isti ailə mühitində keçir. Məncə bu, "Park Cinema”da keçən hər bir tədbiri təşkil edən əsas amildir” – şəbəkənin piar-meneceri Rüstəm Fətəliyev belə deyib. – Ümid edirəm ki, tamaşaçılar artıq bu gün ümumi yayıma çıxacaq filmdən zövq alacaqlar». Onun sözlərinə görə "Park Cinema”-da yay çox səmərəli keçəcək. "Adətən yay kino mühitindəki hadisələr baxımından həddindən artıq zəngin hadisələrlə yadda qalmır, amma bu yay istisna olacaq. Bu gün məsələn biz "Qisasçılar: Final”-ın geniş versiyasının nümayişinə başlamışıq. İyulda bizi "Hörümçək-adam: evdən uzaa” və "Kral şir”, avqustda yeni "Forsaj” və Kventin Tarantinonun "Bir dəfə Hollivudda” filmləri gözləyir. Bəli, biz başa düşürük ki, çimərlik Bakı sakinlərinin əksəriyyəti və paytaxtımızın qonaqları üçün yay tətilinin keçirilməsi baxımından ən sevimli yer hesab olunur, amma məhz onlara xatırladırıq ki, bizdə "Park Cinema Zagulba Mall” fəaliyyət göstərir. Bundan başqa, yalnız bizim şəbəklədə onlar top filmləri IMAX formatında izləyə bilərlər”. - o qeyd edib.
O həmçinin qeyd edib ki, ən yaxın vaxtlardada Park Cinema sosial şəbəkələri izləyənlər üçün sürpriz hazırlayır: "Buna görə də kim izləmirsə, abunə olmağın əsl vaxtıdır”.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287