• cümə, 26 Aprel, 16:23
  • Baku Bakı 23°C

Dövlətimizin iqtisadi siyasətinin əsas istiqaməti regionların inkişafıdır

29.07.21 18:30 294
Dövlətimizin iqtisadi siyasətinin əsas istiqaməti regionların inkişafıdır
Azərbaycanda prioritet məsələlərdən biri və dövlətimizin iqtisadi siyasətinin əsas istiqaməti regionların inkişafıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin regionların inkişafına yetirdiyi xüsusi diqqəti bir daha sübut edir. Dövlətimizin başçısı rayonların iqtisadi tərəqqisi və bütövlükdə ölkəmizdə balanslı iqtisadi inkişafın formalaşdırılması prosesi ilə yerində tanış olmaq məqsədilə bölgələrə mütəmadi səfərlər həyata keçirir, regionların sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramlarının icrası ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsinə şəxsən nəzarət edir. Bu, xüsusilə indiki dövrdə, ölkəmizin 44 günlük Vətən müharibəsindən çıxdıqdan sonra daha da böyük aktuallıq kəsb etmiş olur. Bir tərəfdən, ümumiyyətlə, bütün dövlət üzrə bölgələrimizin iqtisadi inkişafı istiqamətində fəaliyyət göstərilir, tədbirlər həyata keçirilir, şəhər və rayonların inkişafı, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi, digər tərəfdən isə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlə davam etdirilməsi dövlətin iqtisadi inkişafa xüsusi önəm verməsinin göstəricisidir.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva söyləyib.
Deputat bildirib ki, xüsusən gənc nəslin sağlam həyat tərzinə, tərbiyəsinə və idmanın inkişafına böyük önəm verən dövlətimizin başçısı bölgələrə səfərləri zamanı hər bir yaşayış məntəqəsində müasir tələblərə cavab verən, müasir idman qurğuları ilə təchiz olunmuş idman komplekslərinin tikilməsinə, əhalinin istifadəsinə verilməsinə diqqət yetirir. Dövlətimizin başçısı iyulun 22-də də Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun və Olimpiya İdman Kompleksinin açılışlarında iştirak edərək, verilmiş tapşırıqların icrası ilə yerindəcə tanış oldu. Cəbhə bölgəsində yerləşən rayonlarımızın demək olar hamısında idman kompleksləri əhalinin istifadəsinə verilib. Ümumilikdə, Azərbaycanda 48 idman kompleksi fəaliyyət göstərir və ümidvarıq ki, tezliklə işğaldan azad edilmiş ərazilərimizdə də belə müasir infrastruktur qurulacaq, doğma torpaqlarına qayıdan məcburi köçkünlər ondan faydalanacaqlar.
Deputat diqqətə çatdırıb ki, eyni zamanda, Azərbaycanın ərazisinin və təbiətinin xüsusiyyətləri nəzərə alınaraq, bütün ölkə ərazisində ekoturizm, tibbi turizmin də inkişafı sahəsində işlər davam edir. Naftalan şəhəri artıq turizm mərkəzlərindən birinə çevrilib. Onun sanatoriyalarının faydası ölkəmizin hüdudlarından kənarda da tanınmaqda və etiraf edilməkdədir. Naftalanda yeni sanatoriyanın açılması şəhərin turizm potensialını artırır, buraya həm gəzməyə, həm də müalicə almağa gəlməyə hazırlaşan turistlər üçün müvafiq şərait yaradılır.
Son illər bütün dünyada baş verən iqtisadi dəyişikliklərlə əlaqədar olaraq, ölkəmizdə də qeyri-neft sektorunun inkişafı ön plana keçməkdədir və turizm də qeyri-neft sektoru vasitəsilə ölkənin iqtisadiyyatına böyük fayda verir.
"Ölkəmizin ərazi quruluşu qeyri-neft sektorunun inkişafı üçün dağ-mədən sənayesinin də xüsusi perspektivləri olduğunu göstərir. Bu mənada Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi önəmli hadisədir. Dağ-mədən sənayesi qeyri-neft sektorunda aparıcı sahəyə çevrilməkdədir. Nəzərə alsaq ki, işğaldan azad edilmiş torpaqlarımız da belə zəngin yataqlara malikdir, deməli, tədricən həmin ərazilərimizin iqtisadi inkişafı bərpa edildikcə ölkəmizin iqtisadi potensialına da xeyli fayda veriləcək”, - deyə Ü.Ağayeva bildirib.
O deyib ki, həm məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmaq və orada tam rahatlıqla, müasir tələblərə cavab verən həyat şəraiti ilə təmin olunaraq yaşaması məqsədilə bu ərazilərin dirçəldilməsi işlərinə xüsusi önəm verilir, həm də bu ərazilər qeyri-neft sektoru kimi inkişaf etdirilərək ölkəmizin davamlı iqtisadi inkişafının təmin edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Buna görə də Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa edilir və ümidvarıq ki, tezliklə biz bu bölgələrimizə rahatlıqla səyahət edəcək və qonaqlarımızı da buraya dəvət edə biləcəyik.
banner

Oxşar Xəbərlər