AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dövlət sanitariya-epidemioloji xidmətinin təşkili qaydası dəyişib

Dövlət sanitariya-epidemioloji xidmətinin təşkili qaydası dəyişib

Cəmiyyət
23 Aprel 2021, 14:15 130
Azərbaycanda dövlət sanitariya-epidemioloji xidmətinin təşkili qaydası dəyişib.
 
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Qüvvədə olan qanuna (33-cü maddə) əsasən, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanlarının və idarələrinin vahid sisteminə aşağıdakılar daxildir:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitariya-Epidemioloji Nəzarəti Baş İdarəsi;
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi;
 
Naxçıvan Muxtar Respublikası, şəhər və rayon, habelə hava və su nəqliyyatı gigiyena və epidemiologiya mərkəzləri;
gigiyena və epidemiologiya profilli elmi müəssisə və təşkilatları;
gigiyena və epidemiologiya profilli respublika, şəhər və rayon ixtisaslaşdırılmış mərkəzləri;
taun əleyhinə idarələr;
digər sanitariya-profilaktika idarələri.
 
Layihəyə əsasən, bu müddəanın aşağıdakı kimi dəyişdirilib:
- Azərbaycan Respublikasının dövlət sanitariya nəzarəti orqanlarının və sanitariya epidemioloji xidmət müəssisələrinin fəaliyyəti tabeliyində olduqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin edilir.
 
Qeyd edək ki, "Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb. Bu Fərmanın 4-cü hissəsinə əsasən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması zərurəti yaranıb. Sözügedən Fərmanın 4-cü hissəsini (TƏBİB-in fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması) rəhbər tutaraq, həmçinin Fərmanın 2-ci hissəsinə uyğun olaraq dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən TƏBİB-in tabeliyinə verilməsini və TƏBİB-in, tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirməsini nəzərə alaraq TƏBİB-in səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün müvafiq layihə qəbul edilib.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.