• cümə, 19 Aprel, 09:04
  • Baku Bakı 13°C

Dövlət Komitəsi gənc qızın intiharı ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlayıb

21.02.21 09:30 456
Dövlət Komitəsi gənc qızın intiharı ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlayıb
Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində gənc qızın çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı yayılan məlumatlardan dərhal sonra Dövlət Komitəsi aidiyyəti qurumlarla əlaqə saxlayıb və öz səlahiyyətləri çərçivəsində məsələni diqqətdə saxlayır.
Bu barədəKaspi.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
"Çox təəssüf ki, qeyd olunan hadisə hüquq-mühafizə orqanları tərəfindən təsdiq edilib.
Qeyd edilib ki, aparılan ilkin istintaq araşdırmalarından sonra ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Dövlət Komitəsi son vaxtlar müxtəlif səbəblərdən ölkəmizdə intihar hallarının artmasından dərin narahatlığını ifadə edərək, vətəndaşlardan ağır nəticələr verə biləcək hallarla rastlaşdıqda, yaxud zorakılığa məruz qalmış şəxslərlə bağlı hər hansı bir məlumat əldə etdikdə dərhal 7 gün 24 saat fəaliyyət göstərən (860) QAYNAR XƏTTƏ müraciət etmələrini xahiş edir", - deyə məlumatda bildirilir.
banner

Oxşar Xəbərlər