Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyinat olub
Kənd Təsərrüfatı Nazirliyi(KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsinə təyinat olub.
APA-nın xəbərinə görə, kənd təsərrüfatı naziriHeydər Əsədovun müvafiq əmri ilə bu vəzifəyə Azər Süleymanov təyin edilib.
BNX-nın mətbuat katibi Yolçu Xanvəli faktı təsdiqləyib.
Qeyd edək ki, A. Süleymanov 2015-ci ilin sentyabrından DBNX-nın rəisi vəzifəsini icra edirdi.