• cümə, 19 Aprel, 20:00
  • Baku Bakı 24°C

Dövlət Agentliyi özünüməşğulluq proqramlarında əmlakların vətəndaşlara gec verilməsinə aydınlıq gətirib

23.04.21 12:17 308
Dövlət Agentliyi özünüməşğulluq proqramlarında əmlakların vətəndaşlara gec verilməsinə aydınlıq gətirib
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev özünüməşğulluq proqramlarında əmlakların vətəndaşlara gec verilməsi məsələsinə aydınlıq gətirib.
APA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Facebook” səhifəsində "Sosial Saat" verilişində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev deyib ki, özünüməşğulluq proqramlarına cəlb olunanların müvafiq əmlaklarla təmin olunması müvafiq prosedurlara uyğun həyata keçirilir: "Satınalmalar haqqında qanunvericiliyə görə, əvvəlcədən 2021-ci il üçün elan etdiyimiz kvotalara uyğun olaraq kənd təsərrüfatı, istehsal xidmət sahələri üzrə müvafiq tender elan olunur. Tender prosedurları bitdikdən, yəni qalib şirkət müəyyən olunduqdan sonra müqavilə imzalanır. Daha sonra həmin əmlak Azərbaycanda varsa, alınır, yoxdursa, digər ölkələrdən idxal olunur. Bu zaman vətəndaşların müəyyən sualları meydana çıxır ki, əmlaklarla nə vaxt təmin olunacaqlar? Qeyd edim ki, bu prosedurlar müəyyən vaxt alır, bu vaxt bizdən asılı olmayan səbəblərdən baş verir. Bu vaxt təqribən 2-3 ay çəkə bilir. Vaxt bitdikdən sonra həmin əmlak bizdə yoxdursa, digər ölkələrdən idxal olunursa, bu da müəyyən vaxt aparır. Bu da təqribən 5-6 ay vaxt aparır. Vətəndaşlar narahat olmasınlar, onların əmlakları prosedurlar bitdikdən sonra təqdim olunacaq. Hazırda heyvandarlıq istiqaməti üzrə prosedurlar bitmək üzrədir, heyvanlar xarici ölkələrdən idxal olunacaq. Çünki Azərbaycanda bu sayda, bu keyfiyyətdə heyvanlar yoxdur. Ona görə də məcburiyyətdən digər ölkələrdən idxal olunur. Yəqin ki, növbəti 2-3 ay ərzində vətəndaşlara əmlaklar təqdim olunacaq”.

banner

Oxşar Xəbərlər