AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Duz mağarasında yaradılan mühit əsəb sistemini sakitləşdirməyə xidmət edir

Duz mağarasında yaradılan mühit əsəb sistemini sakitləşdirməyə xidmət edir

Təfsilat
03 Avqust 2021, 13:15 102
Duz terapiyası bronxial asma, angina, əsəb, stress, allergiya və digər xəstəliklərə qarşı ən qədim müalicə üsuludur. Xüsusi avadanlıq və rahat oturacaqlarla təchiz olunan həmin məkanlarda divarlar və döşəmə qalın duz qatından ibarət olur və bu, öz növbəsində təmiz, mikrobsuz və hipoallergik mühit yaradır.
AZƏRTAC xəbər verir ki, xüsusi aparat halogenerator vasitəsilə gözəgörünməyən dərəcədə kiçik duz dənəsini otağa yayır və nəticədə otaqda mikroiqlim yaradılır. Nisbi rütubət, temperatur və havada duzun miqdarı təbii duz mağarasında olduğu kimidir. Asma xəstələri üçün həmin mağaradakı mühit xüsusilə faydalıdır.
Duz mağarasının üstünlüyü onun natri-xlor ionları ilə zəngin olmasındadır. Burada seansların iki gündən bir qəbul edilməsi daha yaxşıdır. Bir seans 40 dəqiqə davam edir. Mağaradakı mühit əsəb sistemini sakitləşdirməyə xidmət edir.
Duz terapiyası immuniteti gücləndirir, ciyərləri təmizləyir, mikrob və virusları öldürür. Müalicə xəstəlikdən və profilaktikadan asılı olaraq 10, 15, 20 seanslıq kurslara bölünür. Həmin mağarada qəbul edilən müalicə prosedurası xəstəliyə qarşı mübarizə gücünü artırır, xaricdən allergenlər və zəhərli maddələrlə əlaqə kəsilir, orqanizmin fəaliyyəti sürətlənir.