Düşmənin “muzdlu” təxribatı
Ekspertlərin fikrincə, Azərbaycanın Tovuz döyüşlərində guya
yaraqlılardan istifadə etməsi barədə yayılan xəbərlər məqsədlidir
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində erməni təxribatının qarşısı alındıqdan sonra Azərbaycana qarşı sosial şəbəkələr və bir sıra xarici xəbər saytları tərəfindən əsassız ittihamlar səsləndirilməyə başlandı. Əlbəttə ki, ermənilər döyüşdə uduzduğu üçün törətdikləri təxribatı informasiya məkanında ört-basdır etməyə cəhd edirlər. Elə bu məqsədlə də əvvəlcə Rusiya mediası vasitəsilə Yaxın Şərqdəki muzdluların guya Azərbaycan tərəfindən döyüşdüyü ittihamı səsləndirildi. Ardınca isə bu günlərdə Ukraynanın şərqindəki separatçı rejimin nümayəndəsi vasitəsilə belə fikir səsləndirildi ki, guya ukraynalı yaraqlılar Azərbaycan tərəfindən döyüşlərdə iştirak edib. Lakin bu informasiyaların yalan və iftira olduğu hər kəsə gün kimi aydındır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva da bəzi xəbər agentlikləri tərəfindən guya ki, Ukrayna muzdlularının Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan tərəfindən vuruşduqları barədə xəbərlərə aydınlıq gətirib və bildirib ki, bu, heç bir əsası olmayan və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatdır: "Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var və ölkəmizin düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almağa, eləcə də beynəlxalq tanınmış sərhədlərimiz çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə heç bir kənar qüvvəyə ehtiyacı yoxdur.
Məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları cəlb etmişdir və görünür, mənfur düşmən qüvvələri öz əməllərindən diqqəti yayındırmaq məqsədilə bu kimi dezinformasiyaların yayılmasının arxasında dururlar”.
BƏXTİYAR

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, belə qərəzli iddialar
Tovuz hadisələrindən sonra gözlənilirdi: "Ermənilər hər zaman olduğu kimi, bu
dəfə də təkcə atəşkəsi pozmadılar, həm də Azərbaycana qarşı informasiya
müharibəsi apardılar. Bu cür iddialar müəyyən mənada gözlənilirdi. Əslində bu
tip məsələlər, yəni Azərbaycan tərəfindən muzdluların döyüşməsi heç zaman
olmayıb. Bu metoddan birinci Qarabağ müharibəsində və indi daha çox ermənilər istifadə
edib. Bizə məlumdur ki, Dağlıq Qarabağ müharibəsi zamanı və indi də ermənilər
xaricdən muzdlular gətirərək döyüşlərə cəlb ediblər. Yəni, söhbət Suriyadakı
ermənilərdən və başqa ölkələrdən gətirilən muzdlu əsgərlərdən gedir. Düşmən bu
gün növbəti təxribata əl atır, guya Azərbaycan tərəfindən hansısa yaraqlılar
döyüşüb. Əslində belə hal yoxdur. Döyüşdə şəhid olanlar da azərbaycanlılardır. Tovuz
hadisələri ilə bağlı Ermənistan ölən şəxslərlə bağlı informasiyanı gizlətdi.
Amma ümumən ayrı-ayrı mənbələrdə ekspertlər belə bir fikirlə çıxış etdilər ki,
ermənilər tərəfindən ölənlər haqqında açıqlama verilməməsinin səbəblərindən
biri də erməni tərəfindən muzdluların döyüşməsidir. Əgər orada ölənlərin çoxu
Ermənistan vətəndaşı olsaydı, o zaman ictimaiyyətdə narazılıq daha çox olardı
və hiddətləndirərdi. Görünən odur ki, döyüşlərdə erməni tərəfdən muzdlular
iştirak edib”.
C.Məmmədov qeyd etdi ki, bir müddət əvvəl Ermənistanda hərbiçilərin
anaları mitinqlər keçirirdi: "Ona görə də erməni tərəfi üstünlük verir ki, itkilərini
gizlətsin. Bir məsələni nəzərə almalıyıq ki, ermənilər Tovuz istiqamətindəki
hücuma əvvəldən hazırlaşmışdılar. Bu baxımdan həm də informasiya savaşına hazırlıq
görmüşdülər. Ona görə də sistemli şəkildə müxtəlif media qurumlarında və sosial
şəbəkələrdə Azərbaycan əleyhinə təbliğata başladılar. Maraqlıdır ki, muzdlular
məsələsi əvvəlcə başqa mənbədən, daha sonra Ukraynanın şərqindəki separatçı
rejimin nümayəndəsinin dilindən səsləndirildi. Hesab edirəm ki, separatçıların
bu bəyanatı ciddi şəkildə təhlil olunur. Burada təbii ki, məqsədlər var.
Onlardan biri Azərbaycan ordusunun qüdrətini gözdən salmaqdır. Çünki dünyada yaranmış
bir fikir var ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer
alır. Ermənilər bu addımı ilə Azərbaycan ordusunu gözdən salmağa çalışırlar.
Digər məqsədləri guya Azərbaycanda başqa ölkənin vətəndaşı olan muzdluların yer
alması ilə bağlıdır. Başqa bir məqsədləri var. İstəyirlər Ermənistanda belə bir
ictimai rəy formalaşdırsınlar ki, guya Azərbaycanın bu cür əməliyyatlar
keçirməsi muzdlu əsgərlərinin olması ilə əlaqəlidir. Əlbəttə ki, bu kimi
əsassız bəyanatların məqsədi bəllidir və fakta söykənmir. Hesab edirəm ki, biz
bu cür fikirlərin yayılmasına imkan verməməliyik. Biz bilirik ki, ermənilər
hiyləgər və məkrlidirlər. O baxımdan da çalışmalıyıq ki, hər zaman informasiya
müharibəsində də imkanlarımızı və gücümüzü daha da genişləndirək”.
Bakı Politoloqlar Klubunun
sədri Zaur Məmmədov bildirdi ki, Tovuz hadisələri ilə bağlı guya
bitərəfliyi ilə seçilən, ermənilərə aid olmayan saytlarda Yaxın Şərqdən gələn
müxtəlif qrupların guya Azərbaycan tərəfində döyüşdükləri haqqında məlumatlar
verildi: "Bir neçə gün əvvəl isə Ukraynanın şərqindəki separatçı rejimin
nümayəndəsi mətbuat konfransında birdə-birə Azərbaycanla bağlı məsələyə
toxundu. O bildirdi ki, guya Ukraynadan xüsusi qruplar Azərbaycandadırlar və
ermənilərə qarşı vuruşurlar. Onu da qeyd edim ki, artıq bir ildir
anti-Azərbaycana şəbəkəsi, ermənilər və onlara havadarlıq edənlər Azərbaycan
hakimiyyətinə qarşı ciddi şəkildə təzyiq göstərməyə cəhd edirlər. Bu
istiqamətdə təxribatlar törədirlər. Azərbaycan ordusu öz sayına görə Ermənistan
ordusu ilə müqayisədə kifayət qədər üstünlüyə malikdir. Nə vətəndaşların orduda
könüllü xidmət etmələrinə, nə də xaricdən hansısa qrupların Azərbaycan
tərəfindən müharibədə və ya döyüşlərdə iştirak etməsinə ehtiyac yoxdur.
Azərbaycan ordusunun kifayət qədər ixtisaslaşmış hərbçiləri var və onlar müasir
döyüş texnikasına sahibdir. Başa düşülən haldır ki, yaraqlılarla bağlı irəli
sürülən ittihamlar Azərbaycana qarşı qarayaxma kampaniyasıdır. Əfsuslar olsun
ki, "5-ci kolon”, Ermənistan və rusdilli saytlar vasitəsilə bu qarayaxmalar
aparılır. Əgər söhbət Yaxın Şərqdən və ya başqa yerlərdən yaraqlıların Cənubi
Qafqaza gətirilməsindən gedirsə, o zaman xüsusilə qeyd etmək lazımdır ki, yaxın
günlərdə Yerevana Yaxın Şərqdən təyyarə gəlib. Gələcəkdə də belə bir neçə
təyyarənin gəlməsi gözlənilir. Bununla da Yaxın Şərqdən erməni terrorçu
qruplarının Ermənistana gətirilməsi planlaşdırılır”.
Z.Məmmədov vurğuladı ki, ermənilərin birinci Qarabağ savaşında və
indi də Yaxın Şərqdəki erməni terror qruplarından istifadə etdiyini görmüşük: "Bununla
da ermənilər Cənubi Qafqazı qeyri-sabitlik ocağına çevirmək istəyirlər. Çox
təəssüflər olsun ki, İran və Rusiya, Gürcüstan məsələnin ciddiliyinin fərqində
deyillər. Hər nə olursa-olsun, biz bu kimi hadisələr qarşısında susmamalıyıq və
mütləq şəkildə müdafiə yox, hücum taktikası tətbiq etməliyik. Azərbaycan Xarici
İşlər Nazirliyi, kütləvi informasiya vasitələri, ayrı-ayrı ekspertlər, xaricdə
olan azərbaycanlılar erməni quldurlarının, Ermənistan dövlətinin əslində terror
qruplarının Yaxın Şərqdən bölgəyə gətirməsini ifşa etməlidir. Daha çox təkzib
edilən yox, hücum materialları əsasında informasiya müharibəsini
aparmalıdırlar”.
BƏXTİYAR