• cümə axşamı, 28 mart, 19:43
  • Baku Bakı 13°C

Düşmən mövqelərimizi atəşə tutub - Cəbhədən xəbər

25.04.14 08:59 923
Düşmən mövqelərimizi atəşə tutub - Cəbhədən xəbər
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Baş Qərvənd, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub./apa/
banner

Oxşar Xəbərlər