• şənbə, 20 Aprel, 13:59
  • Baku Bakı 23°C

Dünyanın sonuncu materikində də koronavirusa yoluxma aşkarlanıb

04.01.22 11:00 243
Dünyanın sonuncu materikində də koronavirusa yoluxma aşkarlanıb
Ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, koronavirus Antarktidaya da çatıb. Belçikanın "Şahzadə Elizabet" tədqiqat stansiyasının 25 əməkdaşından 16-sı COVID-19-a yoluxub.
"Report" xəbər verir ki, bu barədə "Le Soir" qəzeti məlumat yayıb. Məlumata görə, ilk yoluxma halı dekabrın 14-də qeydə alınıb.
Üstəlik, bütün qütb tədqiqatçıları Antarktidaya gəlməzdən əvvəl tam peyvənd olunub və müvafiq testlərdən keçiblər. Bundan əlavə, onların hamısı Cənubi Afrikada on günlük karantindən keçib. Koronavirus testi müsbət çıxanlar isə evlərinə göndərilib.
Qütb fondu layihəsinin rəhbəri Josef Heek qeyd edib ki, vəziyyət dramatik deyil. Xəstəlik yüngül keçir.
"Təbii ki, yoluxmuş işçilərin bəziləri karantinə alınmalı idi. Lakin bu, stansiyanın fəaliyyətinə heç bir təsir göstərməyib”, - Heek əlavə edib.
Virusun aşkarlandığı qütb tədqiqatçılarına yanvarın 12-də evə qayıtmaq tövsiyə olunub. Lakin onlar qitədə qalmaq və araşdırmalarını davam etdirmək istədiklərini bildiriblər.
banner

Oxşar Xəbərlər