• cümə, 29 Mart, 11:34
  • Baku Bakı 5°C

“Dünyanın ən yaxşı müəlliminə” 1 milyon dollar təqdim edilib

25.03.19 10:35 316
“Dünyanın ən yaxşı müəlliminə” 1 milyon dollar təqdim edilib
Dubayda "dünyanın ən yaxşı müəllimi” seçilən keniyalı keşiş Piter Tabiçiyə 1 milyon dollar təqdim olunub. Tədbirdə Dubayın vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Al Məktum iştirak edib.
AZƏRTAC xəbər verir ki, 36 yaşlı Piter Tabiçi Keniyanın kənd orta məktəbində təbii elmlər üzrə fənnlərdən dərs deyir və maaşının böyük hissəsini kasıblara ayırır.
Qeyd edək ki, hindistanlı biznesmen Sanni Varkeyin xeyriyyə fondu "dünyanın ən yaxşı müəllimi” titulunun təqdim edilməsinə 2015-ci ildən başlayıb. Bu il təşkilat komissiyasına 179 ölkədən 10 min müraciət daxil olmuşdu. Sanni Varkey fondunun mükafatı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun himayəsi ilə təqdim edilir.
Hindistanlı iş adamı Sanni Varkey Yaxın Şərqdə ən iri uşaq baxçaları şəbəkəsi və GEMS Education məktəblərinin qurucusudur.
banner

Oxşar Xəbərlər