AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünyada son sutkada koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb

12 May 2021, 10:00 380
Dünyada son sutka ərzində 643 735 nəfər koronavirusa yoluxub, 10 912 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
 
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 158 651 638 yoluxma hadisəsi, 3 299 764 ölüm faktı qeydə alınıb.
 
Son 24 saat ərzində yoluxmanın 54 faizdən çoxu Cənub-Şərqi Asiyanın (351 376) payına düşür.
 
Digər yerləri isə Şimali və Cənubi Amerika (163 142) ilə Avropa (70 005) bölüşür.