• cümə, 29 Mart, 18:38
  • Baku Bakı 14°C

Dünyada son sutkada koronavirusa 347 mindən çox yoluxma qeydə alınıb

02.03.21 11:15 509
Dünyada son sutkada koronavirusa 347 mindən çox yoluxma qeydə alınıb
Dünyada son sutka ərzində 347 981 nəfər koronavirusa yoluxub, 7 238 nəfər ölüb.
APATASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 113 830 168 yoluxma hadisəsi, 2 527 891 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın 48 faizdən çoxu Şimali və Cənubi Amerikanın (169 603) payına düşür. Digər yerləri isə Avropa (109 136) və Cənub-Şərqi Asiya (30 158) bölüşür.

banner

Oxşar Xəbərlər