Dünyada son sutkada 577 mindən çox koronavirusa yoluxma qeydə alınıb
Dünyada son sutka ərzində 577 301 nəfər koronavirusa yoluxub, 13 688 nəfər ölüb.
Son 24 saat ərzində yoluxmanın 56 faizdən çoxu Şimali və Cənubi Amerikanın (323 950), payına düşür. Digər yerləri isə Avropa (166 047) və Cənub-Şərqi Asiya (29.198) bölüşür.
APATASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 97 464 094 yoluxma hadisəsi, 2 112 689 ölüm faktı qeydə alınıb.Son 24 saat ərzində yoluxmanın 56 faizdən çoxu Şimali və Cənubi Amerikanın (323 950), payına düşür. Digər yerləri isə Avropa (166 047) və Cənub-Şərqi Asiya (29.198) bölüşür.