• cümə axşamı, 25 aprel, 08:38
  • Baku Bakı 14°C

Dünyada koronavirusdan ölənlərin sayı açıqlanıb

30.10.22 14:00 652
Dünyada koronavirusdan ölənlərin sayı açıqlanıb

Dünyada koronavirusun yayıldığı gündən indiyədək 6 milyon 588 min 798 nəfər yoluxmanın nəticələrindən dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə Amerikanın Cons Hopkins Universiteti məlumat yayıb. Bununla yanaşı, koronavirusa yoluxma hallarının sayı 630 milyon 79 min 498 nəfərə çatıb. Otuz milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.

Dünyada baş verən mühüm hadisələrlə bağlı statistik məlumatlar üzrə ixtisaslaşmış “Worldometer” portalının məlumatına görə, planetdə hər 1 milyon nəfərə düşən ölüm göstəricisi 845 nəfər təşkil edib. ABŞ-da hər 1 milyon əhaliyə 3271, Hindistanda 376, Fransada 2391, Braziliyada 3195, Almaniyada 1830 nəfər ölüb.

banner

Oxşar Xəbərlər