AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünyada koronavirusa yoluxanların sayı 62 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 62 milyonu keçib

Təfsilat
29 Noyabr 2020, 11:00 216
Dünyada COVID-19 infeksiyasına yoluxmuş xəstələrin sayı 62 milyonu ötüb.
APA xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Cons Hopkins Universiteti yayıb.
Məlumata görə, dünyası əhalisinin ümumilikdə 62 094 127 nəfəri bu virusa yoluxub. Ən çox yoluxma halları ABŞ-da (13,2 milyon) qeydə alınıb. İkinci yerdə 9,5 milyon yoluxma ilə Hindistan, üçüncü yerdə 6,2 milyon insanda infeksiyanın aşkarlandığı Braziliya durur. İlk beşliyi Fransa (2,26 milyon) və Rusiya (2,24 milyon) tamamlayır.
Universitetin hesabatında qeyd olunur ki, pandemiyanın başlanğıcından bəri dünyada 1,4 milyon insan koronavirus infeksiyasından ölüb. ABŞ ölüm sayında da lider olaraq qalır, burada 266 min nəfər koronavirusun qurbanına çevrilib. Daha sonra Braziliya (171,9 min), Hindistan (136,2 min), Meksika (104,2 min) və Britaniya (58,1 min) gəlir.