• cümə axşamı, 28 mart, 21:48
  • Baku Bakı 13°C

Dünyada koronavirusa yoluxanların sayı 543 milyonu ötüb

26.06.22 14:00 387
Dünyada koronavirusa yoluxanların sayı 543 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 543 329 292 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur. Virusun yayılmasında indiyədək COVID-19-dan 6 328 556 nəfər dünyasını dəyişib.

İyirmi milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya ilk yerləri tutur. Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

banner

Oxşar Xəbərlər