şənbə, 21 May, 13:12

Baku Bakı 20°C

Dünyada koronavirusa yoluxanların sayı 326 milyon nəfəri keçib

icon 189 icon 16 yanvar 2022 | 15:40 Dünyada koronavirusa yoluxanların sayı 326 milyon nəfəri keçib


Dünyada koronavirusa yoluxma hallarının sayı 326 milyon 183 min 935-ə çatıb.
"Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun yayılmasından bugünədək 5 milyon 535 min 492 nəfər dünyasını dəyişib.
Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 65 445 397 nəfərə çatıb, 850 060 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 37 122 164 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 486 094 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 22 975 723 nəfər virusa yoluxub, onlardan 621 007 nəfəri ölüb.