• çərşənbə axşamı, 23 aprel, 13:14
  • Baku Bakı 24°C

Dünyada koronavirusa yoluxanların sayı 280 milyona çatır

26.12.21 12:20 383
Dünyada koronavirusa yoluxanların sayı 280 milyona çatır

Dünyada koronavirusa yoluxanların sayı 280 milyona çatır.
"Report"xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universiteti məlumat yayıb.
Gün ərzində koronavirusa yoluxma hallarının sayı 279 milyon 477 min 572-yə yüksəlib.
Virusun yayılmasından indiyədək 5 milyon 396 min 885 nəfər dünyasını dəyişib.
Dünyada yoluxma üzrə birinci və ikinci yerləri ABŞ və Hindistan bölüşür. ABŞ-da 52 milyon 95 min 411 yoluxma və 816 463 ölüm halı qeydə alınıb. Hindistanda COVID-19-a yoluxanların sayı 34 milyon 786 min 802, ölənlərin sayı isə 479 682 nəfərə çatıb.
Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Lakin pandemiya ərzində Çində koronavirusa ümumilikdə 100 386 insan yoluxub, 4 636 nəfər ölüb.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
banner

Oxşar Xəbərlər