• şənbə, 20 Aprel, 03:31
  • Baku Bakı 15°C

Dünyada koronavirusa yoluxanların sayı 188 milyonu ötüb

13.07.21 10:45 230
Dünyada koronavirusa yoluxanların sayı 188 milyonu ötüb
Dünyada koronavirusa yoluxma ilə bağlı qeydə alınmış halların sayı188 030 790təşkil edir.
"Report”pandemiyanın online statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, bu günə olan məlumata əsasən, infeksiya səbəbindən ölənlərin sayı4 055 269nəfərə, sağalanların sayı isə171 974 597nəfərə çatıb.
ABŞCOVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Burada koronavirusa yoluxanların sayı34 761 490nəfəri keçib, 623 011 pasiyent infeksiya səbəbindən həyatını itirib,29,2 milyondan çox xəstə isə sağalıb.
Yoluxanların sayına görə ikinci yerdə qərarlaşanHindistanda30,9 milyonnəfərdə COVID-19 xəstəliyi təsdiqlənib,409 287pasiyent vəfat edib, sağalanların sayı isə30 052 461nəfərə çatıb.
Yoluxma göstəricisinə görə üçüncü pillədəBraziliyaqərarlaşıb. Burada pandemiya dövrü ərzində19,1 milyonnəfər virusa yoluxub, onlardan534 311-i vəfat edib, sağalanların sayı17,6 milyonnəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

banner

Oxşar Xəbərlər