• cümə, 26 Aprel, 07:14
  • Baku Bakı 12°C

Dünyada ilk SMS-in müəllifi onun məzmunu haqda danışdı

04.12.17 09:20 1137
Dünyada ilk SMS-in müəllifi onun məzmunu haqda danışdı
25 il qabaq göndərilən dünyada ilk SMS-in müəllifi "Sky News"a onun məzmunu haqda danışıb.
Trend-in məlumatına görə, britaniyalı Nil Papuort bildirib ki, 1992-ci ildə "Vodafone" şirkətində işlədiyi zaman ilk SMS-i öz dekabrın 3-ü öz rəisinə göndərib.
Britaniyalı qeyd edib ki, həmin SMS-də o, rəisinin Milad bayramını təbrik edib: "Mən SMS-ə cavab almadım. Çünki o zamanlar telefonlar SMS-i yalnız qəbul edə bilirdi. Mən mətni kompyuterlə yazmışdım".
Onun sözlərinə görə, həmin vaxt şirkətdə yeni layihənin belə miqyaslı olacağına güman etmirdilər.
banner

Oxşar Xəbərlər